Fransa XİN-dən Qarabağda atəşkəsə nail olmaqla bağlı AÇIQLAMA

Paris Moskva və Vaşinqtonla birlikdə Dağlıq Qarabağda atəşkəsə nail olmaq üçün səyləri davam etdirir.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Parlamentində çıxış edən Avropa və Xarici İşlər Nazirliyi üzrə nazir-nümayəndəsi Frank Rister deyib.

“Fransa Minsk Qrupunun digər iki həmsədr ölkəsi - Rusiya və ABŞ-la birlikdə atəşkəsə nail olmaq və danışıqların bərpası üçün münaqişə tərəfləri ilə təmasları davam etdirir. Bu danışıqlar beynəlxalq hüquq çərçivəsində uzunmüddətli böhrandan çıxış yolu tapmağa kömək etməlidir. Münaqişə zonasında vəziyyət çətindir: onlarla qurban, yüzlərlə yaralı var. Fransa bu böhrandan çıxış yolu tapmaq üçün əlindən gələni edir. Bu böhran həm Ermənistan, həm Azərbaycan üçün, həm də bölgədəki sabitlik üçün ciddi bir təhdiddir”, - F. Rister qeyd edib.