AKP sözçüsü: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdiyi an problem həll olunar”

“Azərbaycan xalqına başsağlığı və dəstək vermək yerinə, Azərbaycan dövlətinə "qanuni müdafiə haqqından istifadə etmə” demək, Ermənistana dəstək vermək deməkdir. Zalımla məzlumu eyni tutmaq ədalətli deyil. Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”. 

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik media nümayəndələri ilə görüşündə deyib.

O bildirib ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə hücumları 1949-cu il Cenevrə Sazişinin aşık-aşkar pozulmasıdır: "Odur ki, Türkiyə Azərbaycanı ərazi bütövlüyü uğrunda mübarizəsində haqlı sayır və qardaş ölkənin yanındadır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdiyi an bu problem həll olunar".