Koronavirusla bağlı yeni əlamətlər - MENİNGİT, BEYİN...

Koronavirusla bağlı yeni və fərqli əlamətlər ortaya çıxıb.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər veir ki, bu barədə açıqlamanı Türkiyənin Səhiyyə Nazirliyinin Elmi Komitə üzvü professor Yeşim Taşova açıqlayıb. O bildirib ki, yuxusuzluq, beyin iltihabı və meningit əlamətləri koronavirusla əlaqələndirilir.

Professor qeyd edib ki, əhalinin 60-70 faizinin xəstəliyi keçirəcəyi, ya da peyvəndin tapılacağı halda koronovirus pandemiyası sona çata bilər.

Professorun sözlərin görə, koronavirusun yuxusuzluq, beyin iltihabı, ensefalit, menenjit, və digər problemlər yaratdığı da məlum olub.

Y.Taşova digər əlamətlər kimi bunları da əlavə edib: “COVID ayaq baş barmağı” adlanan əlamət də ortaya çıxıb ki, yoluxan şəxsin barmağında qızartı və şişkinlik görülə bilir. O qeyd edib ki, bu kimi əlamətlərin tez-tez görülməyə başlaması daha dərindən araşdırma tələb edir. Bunlar, hadisələrin çox tez-tez görülməsi və hadisələrin çox konsentrasiyalı bir şəkildə araşdırılmasıdır".