“Prezidentin çıxışı yalnız Paşinyana yox, dünyaya dərs idi”

“Beynəlxalq aləm, müəyyən təşkilatlar Prezidentimizin qətiyyətli mövqeyini bir daha görmüş oldu”


Prezident İlham Əliyev “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramında sualları cavablandırıb. Ölkə başçısı müsahibəsində Ermənistanın təxribatı nəticəsində başlanmış müharibə haqqında həqiqətləri böyük auditoriyaya çatdırdı. Cənab Prezident Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı.  Ölkə başçısının məntiqli, tutarlı, peşəkar və səlis cavabları diplomatiya məharətinin zirvəsi kimi səciyyələndirilir.

Nikol Paşinyanın sönük, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən diletant olduğunu, həm də müdafiə etdiyi mövqeyin heç bir tənqidə dözmədiyini aydın göstərdi.



Prezidentin müsahibəsində mühüm nüanslara toxunduğunu deyən millət vəkili Aqil Abbas “Sherg.az”a bildirib ki, ölkə başçısı beynəlxalq ictimaiyyətin diqqətinə vacib məqamları çatdırdı:

“Prezidentimiz hər suala səlis, kəskin, ciddi və lakonik cavablar verdi.
Ölkə başçısının müsahibə zamanı söylədiklərində dərin mənalar var. Bu baxımdan dövlət başçısının çıxışı hər birimizi çox qürurlandırdı.

Bu çıxış yalnız Paşinyana yox, dünyaya bir dərs idi. Beynəlxalq aləm, müəyyən təşkilatlar Prezidentimizin qətiyyətli mövqeyini bir daha görmüş oldu”.