Həkimə gedənlər artıb - Koronavirus dişlərə də zərər verir

Yeni tip koronavirus pandemiyasının bu günə qədər insanlar üzərindəki mənfi təsirlərinə yenisi də əlavə edilib.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da diş çatlaması və qırıqları səbəbindən diş həkiminə müraciət edənlərin sayında ciddi artım müşahidə olunub.

San-Dieqoda Ağız cərrahiyyəsi və diş implantları mütəxəssisi Dr. Paul Koshgerian bildirib ki, xüsusilə son 6 ay ərzində diş çatı və qırıqlarından şikayət edənlərin sayında  kəskin artım olub. Mütəxəssislər COVİD-19 virusunun təkcə dişləri daha həssas etmədiyini, həmçinin sosial hadisələrin, etirazların və epidemiyanın yaratdığı ümumi vəziyyətin də stres yaratdığını vurğulayıblar. Onlar qeyd ediblər ki,  insanlar özləri də bilmədən dişlərini qıcayırlar və sıxırlar. Bu da nəticədə dolğuları zədələyərək diş çatlarına və hətta qırılmalarına səbəb olur.
Aynurə