İqbal Ağazadə: “İndi partiya vaxtı deyil, hər kəs əsgərdir!”

“Hər kəs döyüşçüdür! Əmr gözləyirik”

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ermənistan silahlı qüvvələrinin təxribatına dair birgə bəyanat verib. Bəyanatda  göstərilir ki, Ermənistanın genişmiqyaslı hərbi təxribatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır.
“Ermənistan status-kvonun dəyişməz qalması üçün əlindən gələni edir, substantiv danışıqların qarşısını alır. Ermənistan Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə müzakirə aparmasını istəyir. Ali Baş Komandan bunu qətiyyətlə rədd edir və  bu təkliflə ATƏT-in Minsk qrupu da razılaşmır”.- deyə, bildirilir.

Bu barədə “Sherg.az” açıqlama verən Ümid Partiyasının sədri İqbal Ağazadə belə bir təşəbbüsün vətəndaşlıq borcu olduğu qənaətindədir:

“İndi partiya vaxtıdır? Bu gün ölkədə partiya- filan yoxdur. Hər kəs əsgərdir! Hər kəs döyüşçüdür! Əmr gözləyirik”.