Yorğunluq, psixoloji problemlər ötmür

Xəstə sağalandan sonra koronanın təsirləri davam edir

Cənubi Koreyada aparılan yeni bir araşdırma zamanı koronavirusun sonrakı mənfi təsirləri  barədə nəticələr ortaya çıxıb.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, koronavirusdan sağalmış  insanlar üzərində aparılmış  araşdırmalar zamanı məlum olub ki,  "COVİD-19"-u məğlub edən insanlar xəstəliklə əlaqəli olaraq sonradan onun yan təsirlərini yaşamağa davam edirlər.

Hər 10 sağalan insandan 9-da xəstəlikdən sonra yorğunluq, psixoloji, dad və qoxu itkisi kimi yan təsirlər davam edir. Brifinqdə çıxış edən Kvon Jun-Vuk bildirib ki, tədqiqat zamanı "COVİD-19"-dan sağalmış 965 insandan 879-da yan təsirlərin davam etdiyi müşahidə edilib. O qeyd edib ki, bu rəqəm yüksək nisbətdə 91,1 faiz təşkil edir.