6 yaşlı uşağa silah verdilər, o da atəş açdı



İstanbul Sultanqazi Yayla qəsəbəsində qandonduran hadisə baş verib.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  S. K. adlı şəxs 6 yaşlı qıza silah verib və ona havaya atəş açmasını tələb edib.  Uşağın o anlarını telefonun kamerasına çəkən  S.K. sonradan həmin görüntüləri sosial media hesabında paylaşıb. Kadrlarda balaca uşağın "qardaş, qorxuram amma nəysə" deyərək , silahın tətiyini çəkərək havaya atəş açdığı görülür. İkinci dəfə havaya atəş edən balaca qızın sonda "Necə sıxdım, amma!" dediyi sözlər də həmin videoda əks olunub.