Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı !- 1918-ci ilin oktyabrı təkrarlanır: Düşmən pərən-pərən...

"Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı 1918- ci ilin oktyabrın 6-da başladı. Azərbaycan - Türkiyə ordu birləşmələri bu tarixdən Ağdam ətrafına toplandı".

"Sherg.az" xəbər verir ki, bu barədə "Şərq" qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı öz Feysbuk hesabında yazıb. Araşdırmaçı jurnalist qeyd edib ki, Cəmil Cahid bəy ordu komandanı olaraq  Şuşanı mühasirədə saxlayan Andronikin, Şahnazaryanın, Dronun erməni çetelərinə silahı təhvil vermək , müqaviməti dayandırmaq və Azərbaycan Cümhuriyyətinin sərhədlərini tərk etmək barədə ultimatum verdi:

"Yerli ermənilərdən 3 nəfər seçib, erməni əhalisinə mesaj çatdırdılar:Əgər Azərbaycan Cümhuriyyətini tanıyacaqlarsa, mal, mülk və can toxunulmazlığına sahib olacaqlar. İndiki kimi ermənilər şərt irəli sürdülər. Ordu birləşmələrinin irəliləməsindən başqa yolu qalmadı. Əsgəran keçidində möhkəmlənən erməni çeteleri Azərbaycan - Türkiyə ordusu qarşısında pərən - pərən oldu. İran indiki kimi onlara sığınacaq verdi. Ağır döyüşlərdən sonra Şuşa mühasirədən qurtuldu. Əhali Müzəffər Ordunu Şuşanın girəcəyində 3 tağ quraraq qarşıladı.

Təqdim olunan bu şəkil 1918 - ci ilin oktyabrında Şuşada  cəkilib.



O şərəfli tarixdən 102 il ötür, yenə oktyab ayıdır. Azərbaycan ordusu həmin tarixi Türkiyə dövlətinin və xalqının mənəvi dəstəyi ilə yenidən yazacağına cox az qalıb".