"Tottenhem" "Mançester Yunayted"i məğlub etdi


Futbol üzrə İngiltərə Premyer Liqasının 4-cü turu çərçivəsində "Tottenhem" "Mançester Yunayted"i məğlub edib.

Trend-in məlumatına görə, "Tottenhem" rəqibi üzərində 6:1 hesablı qələbə qazanıb. Пörüş "Old Trafford" stadionunda tamaşaçısız keçirilib.

Hesabı ikinci dəqiqədə "Mançester Yunayted"in futbolçusu Brunu Frenandeş açıb, daha sonra isə "Tottenhem"in oyunçuları Tangi Ndombele (4), Son Hin Min(7,37), Qarri Keyn (30,79), Serj Orye (51) fərqləniblər.

Dörd oyundan sonra "Tottenhem" Premyer Liqa cədvəlində yeddi xalla beşinci yerdədir. "Mançester Yunayted" isə üç görüş keçirib və üç xalla 16-cı yerdədir.