Ermənistanın son çırpıntıları! - “Savaşı regional müstəviyə daşımaq istəyir”

“Rusiya başda olmaqla KTMT ölkələri silah daşınmasını nəzərə almasaq, rəsmi İrəvana dəstək vermir”

“KTMT o zaman məsələyə müdaxilə edə bilər ki, Azərbaycan hərbi əməliyyatları Ermənistanın qəbul olunmuş sərhədləri daxilində aparsın”

“Bununla da bizi təxribata sürükləyərək Rusiyanın proseslərə daxil olmasını istəyir. Təbii ki, bütün bunlar öncədən hesablanıb”



 Ermənistanın hazırda davam edən hərbi-siyasi ritorikası idman dili ilə desək, qadağan olunmuş zərbədir. Yəni müəyyən olunmuş qaydalar çərçivəsində məğlub olduğunu görən düşmən açıq- aşkar təxribata əl atır. Gəncənin, Mingəçevirin,Abşeronun, Xızının vurulması buna açıq-aşkar sübutdur. Düzdür, hücumların qarşısı dərhal alındı. Amma əsas odur ki, Ermənistan açıq-aydın “qaşınır”. Deməli, adekvat cavablarını da almalıdırlar.

 Bu barədə “Sherg.az”a danışan siyasi analitik Rusif Məmmədsoy təxribatın məqsədini açıqladı:

“Ermənistan tərəfi bununla açıq-aşkar Qarabağ savaşında məğlubiyyətini qəbul edir. Bununla da ənənəvi təxribatlarına start verib. Gəncənin, Mingəçevirin, Xızının vurulması birmənalı şəkildə savaşı regional müstəviyə daşımaq istəyindən irəli gəlir.

Rusiya başda olmaqla KTMT ölkələri silah daşınmasını nəzərə almasaq, rəsmi İrəvana dəstək vermir. KTMT o zaman məsələyə müdaxilə edə bilər ki, Azərbaycan hərbi əməliyyatları Ermənistanın qəbul olunmuş sərhədləri daxilində aparsın.




Bununla da bizi təxribata sürükləyərək Rusiyanın proseslərə daxil olmasını istəyir. Təbii ki, bütün bunlar öncədən hesablanıb. Biz yaxşı anlayırıq ki, buna getmək olmaz.

Xatırlayırsınızsa ölkə başçısı savaşın ilk günündə məqsədimizin Dağlıq Qarabağ və ətraf rayonların azadlığı olduğunu demişdi. Elə isə sual olunur ki, əgər biz buna adekvat cavab versək nələr olar? Yəni Azərbaycan tərəfi İsraildən aldığımız LORA uzaqmənzilli artilleriya kompleksini İrəvana göndərsə nə baş verər?!

Əlbəttə, İrəvan yerlə-yüksan olar. Amma bu, indiki məqamda bizə lazım deyil. Çünki həm hərbi, həm də beynəlxalq güc bizim tərəfdədir. Bir sıra bəyanatlar və.s olsa da, hamısı formal xarakter daşıyır.

Rusiyanın prosesə müdaxiləsinə, ümumiyyətlə üçüncü dövlətin məsələyə qarışmasına  imkan vermək olmaz. Bununla qarşı tərəfə zaman qazandırarıq. Bacardıqca bütün fikrimizi Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə yönəltməliyik. Bacardıqca irəliləmək lazımdır!”.

Ekpsert, həmçinin insanları soyuqqanlı və təmkinli olmağa çağırdı: 

“İstənilən halda qeyd etdiyim kimi, bütün bunlar öncədən hesablanıb. Hava Hücumundan Müdafiə Qoşunları endirilən zərbələri elə göydəcə məhv edir. Hansısa qorxu və panikaya, təlaşa ehtiyac yoxdur.

Bu məqamda xalq olaraq öz məsuliyyətimizi dərindən dərk etməli, dövlətə dəstəyimizi qaydalara əməl etməklə göstərməliyik. Komendant saatında küçələrə çıxmayaq, toplu halda heç bir yerdə yığışmayaq. Hər şey gözəl olacaq! Qarabağ bizi gözləyir. Ona xatir əməl edək!”.