İndi seçim zamanıdır ! - "Azərbaycan vətən müharibəsi aparır"

“Azərbaycan vətən müharibəsi aparır. Qələbəmizə heç kimin şübhəsi yoxdur və olmamalıdır”

“Hər halda Azərbaycan Türk şurasına daxil olan ölkələrin hər birinə həmişə birmənalı yanaşıb”

“İndi həmin münasibətin qarşılığını gözləyirik. Belə olarsa, bunu nə Azərbaycan hökuməti, nə də xalqımız unudacaq”


Ermənistanla aramızda davam edən Dağlıq Qarabağ müharibəsi ilə bağlı dünya dövlətlərinin münasibətləri fərqlidir. Ən diqqətçəkən məqamlardan biri isə Türk Şurasının reaksiyasıdır. Belə ki, Özbəkistan, Qazaxıstan, Qırğızıstan məsələyə tamamilə biganə yanaşırlar. Bəs harda qaldı dostluq?!
 “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli “Sherg.az”a açıqlamasında onların mövqelərindən danışdı: 

“Əslində rəsmi şəxslər səviyyəsində bu məsələyə münasibət bildirilməli idi. Amma yoxdur. Həmin dövlətlərin rəsmi şəxsi səviyyəsində eyni ilə Macarıstan kimi konkret, lakonik münasibət bildirmələri arzuolunan idi.

Bir neçə dövlət artıq bunu edib. Başa düşmək lazımdır ki, indi seçim zamanıdır. Azərbaycan vətən müharibəsi aparır.

Qələbəmizə heç kimin şübhəsi yoxdur və olmamalıdır. İndi hər bir tərəf tarix üçün simasını ortaya qoymalıdır. Səmimi olmaq isə ən başlıca şərtdir. Hər halda Azərbaycan Türk şurasına daxil olan ölkələrin hər birinə həmişə birmənalı yanaşıb. İndi həmin münasibətin qarşılığını gözləyirik.

Belə olarsa, bunu nə Azərbaycan hökuməti, nə də xalqımız unudacaq”.