Xalq artistindən Prezidentə təşəkkür: “Onun qətiyyətinə, qabiliyyətinə halal olsun !”

Sentyabrın 27-də başlayan haqq savaşımız kəskin şəkildə davam edir. Az qala hər səhərimizi şad xəbərlərlə açır ərazilərimizin işğaldan azad olunmasına doyunca sevinirik.
Cənab prezident İlham Əliyevin çıxışları, ordumuzun uğurlu addımları xalqda böyük ruh yüksəkliyi yaradır.
“Sherg.az”la hisslərini bölüşən xalq artisti Rasim Balayev də hər şeyin əla olduğunu söyləyib:

“Amma o alçaqlar Mingəçevirə raket atıblar. Bu erməni xislətindən xəbər verir. Allah axırımızı  xeyir eləsin. Hər şey yaxşı olsun. Qələbəmiz  yaxındadır. Prezidentimizə təşəkkür edirəm. Onun qətiyyətinə, qabiliyyətinə, bacarığına halal olsun, çox yaşasın!”