İstanbulda göründü

Virus daşıyan milçəklər peyda olub

İstanbulun Kilyos, Sarıyer və Beykoz ərazilərində  yaşayan insanlarda sarı qızdırma, zika, Batı Nil virusu kimi tanınan virus xəstəliyinin sayı hər gün artmaqdadır.
"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cənub-Şərqi Asiyadan meydana çıxan və Avropa qitəsi ölkələrində görülən Asiya Pələng Ağcaqanadları son illərdə İstanbulda görülməyə başlayıb. Boğaziçi Universiteti Molekulyar Biologiya və Genetika Bölməsinin müəllimi Necla Birgül İyison və bir çox tədqiqatçılar bu milçəyin kifayət qədər aqressiv olduğunu bildiriblər.

Görülən işlər barədə məlumat verən İyison bildirib ki, onlar o qədər  aqressivdirlər ki, hətta paltarlardan insanları dişləyir və qanla qidalanırlar: "Ən vacib xüsusiyyəti digər ağcaqanadlar kimi xəstəlik daşıyıcılarıdır.

Bu ağcaqanada qarşı kimyəvi pestisidlərdən istifadə edilir. Milçəklər bu kimyəvi maddələrə qarşı müqavimət göstərirlər.

Aparılmış tədqiqatlar zamanı həmin bakteriyalara milçəklərin sürfələri qida olaraq verilib. Onlar sürfələrlə qidalandıqdan sonra bağırsaqları aktivləşdi və nəticədə bu da onların ölümünə səbəb oldu.

Onların mexanizmi hələlik dəqiq məlum deyil, bu səbəbdən də zülalların quruluşunu anlamaq üçün tədqiqatlar aparırıq".