Aybəniz Haşımova: “Ordumuz düşmənə həddini bildirdi” - Dayanmadan irəli !

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin əks-hücum əmri ilə düşmən təxribatının qarşısını alan müzəffər ordumuzun uğurlu döyüş əməliyyatı davam edir. Addım-addım kəndlərimiz, əhəmiyyətli mövqelərdə yerləşən yüksəkliklərimiz işğaldan azad olunur. Buna misal olaraq Cəbrayıl rayonunu, Suqovuşanı, Murov yüksəkliyini, Füzüli və Cəbrayılın bir sıra kəndlərini göstərə bilərik. Azərbaycan xalqı uzun müddətdir, gözlədiyi bu xoş xəbərləri hər gün cənab İlham Əliyevin rəsmi səhifəsindən, birbaşa onun özündən eşidir. Prezidentin qətiyyətli mövqeyi, çıxışlarında səsləndirdiyi fikirlər, əsl lider duruşu xalqda birlik, zəfərə inam yaradır.


“Sherg.az”la sevincini bölüşən əməkdar artist Aybəniz Haşımova ordumuzun düşmənə həddini bildirdiyini söyləyib. Sənətkar hərbçilərimizə dua edərək,  dayanmadan irəli getmələrini arzulayıb:

“Azərbaycan oğulları səbrimizin bir hüdudu olduğunu göstərdi. Düşmən hüdudlarından çıxanda nələr edə biləcəyimizi gördü. Biz illərdir, humanist davrandıq, səbr etdik. Qarşı tərəf isə buna hörmət etmədi. Daim pis xislətlərini büruzə verdilər.Nəhayət, Azərbaycan ordusu onlara öz gücünü göstərdi, göstərməyə də davam edəcək. Bu yolda rəşadətli Azərbaycan ordusuna uğurlar arzulayıram”.