Bu, namus məsələsidir ! - “Lap evimi də sataram, təki Qarabağ azad olunsun!” 

Ordumuza dəstək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna pul vəsaitlərinin köçürülməsi davam edir. İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparan müzəffər ordumuza növbəti maddi dəstək Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov tərəfindən edilib. R.Mahmudov Silahlı Qüvvələrin Yardım Fonduna 50 min manat ianə edib.


Göstərdiyi təşəbbüslə bağlı təəsüratlarını “Sherg.az”la bölüşən Rəşid Mahmudov dövlətimizin bu maddi dəstəyə ehtiyacı olmadığını dedi:
Onun sözlərinə görə, hərbi büdcəmiz Ermənistanın dövlət büdcəsi qədərdir, bəlkə, ondan da çoxdur:

“Ordumuza dəstək məqsədilə çağırış elədim. Xaricə yaşayan bəzi soydaşlarımız da bu vəsaitin toplanmasına yardım göstərdi. Ölkəmiz müharibə şəraitindədir. Əlimizdən gələn yardımı etmək hər birimizin borcudur. Vəsait yığılanda bəziləri təklif etdi ki, paltar, yemək və.s məhsullar alaq. Amma bilmirdim ki, bu məhsulları alsaydıq həqiqətən də cəbhəyə gedəcəkdi, yoxsa bazara.

Ona görə də pulu yardım fonda keçirdim. Bu maddi yardım Gədəbəy rayonu və xaricdə yaşayan vətəndaşlarımız adında ordumuza köməkdir. İndi isə bir çox ziyalı maaşımızın yarısını bir yerə yığıb, Gədəbəydən olan 5 şəhidimizin ailəsinə yardım etməyi düşünürük”.

Bəziləri deyir ki, Rəşid müəllim evini satıb. Bəli, lazım olsa, evimi də satıb bir otaqlı evdə qalaram. Təki Qarabağö azad olunsun. Çünbki Qarabağ namus, qeyrət məsələsidir. Mənim dövrümdə ruslar torpaqlarımızı alıb, erməniyə veriblər.

Mənim dövrümdə də torpaqlarımız azad olunmalıdır. Eybi yox, 1 milyon insan qırılsın. Vətən üçün ölən olmasa, o torpağın qədri bilinməz”.