İndi çox şey dəyişib ! - “Rusiya əsgərləri Azərbaycanla vuruşmaz” - Konkret mövqe !


“Ermənistan elə bilirdi ki, Rusiya ona dəstək göstərəcək. Kiminsə onun əvəzinə vuruşacağını gözləyirdi”

“Amma rəsmi Moskva heç də hər şeyin elə olmadığını göstərdi”

“Rusiya telekanallarındakı erməni şərhçilər illərlə rəsmi Moskva xofu yaradıblar. Hərçənd, reallıq tamam başqadır”


Rusiya prezidenti Vladimir Putinin son bəyanatı işğalçı Ermənistanı daha da çətinə salıb. Belə ki, o, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan ərazisində getdiyini və məsələyə müdaxilə etməyəcəyini bildirib. Deməli, Paşinyanın yapışacağı bircə budaq da qalmayıb. Necə deyərlər, indi öz başının çarəsinə özü baxmalıdır.

Vəziyyəti “Sherg.az”a şərh edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Putinin sözügedən bəyanatını normal qarşılamaq lazımdır:

 “Ermənistan elə bilirdi ki, Rusiya yenə də ona dəstək göstərəcək. Kiminsə onun əvəzinə vuruşacağını gözləyirdi. Amma rəsmi Moskva heç də hər şeyin elə olmadığını göstərdi.

Bilirsiz, müəyyən qüvvələr, o cümlədən Rusiya telekanallarındakı erməni şərhçilər illərlə rəsmi Moskva xofu yaradıblar. Hərçənd, reallıq tamam başqadır.

Bu gün Ermənistanın aqressiv siyasətini dəstəkləyən yoxdur. Hər bir ölkə öz siyasətiniu maraqları üzərində qurur. İndi çox şey dəyişib. Kreml post-sovet siyasətini davam etdirmək, sabun köpüyü rolunu oynamaq istəmir. Əksinə, real məqsədlər üçün çalışır, daha konkret mövqe ortaya qoyur.

Əlbəttə, Rusiya əsgərləri erməni siyasətçilərinin ambisiyalarına görə Azərbaycanla vuruşmaz. Bu, sadəcə ağlabatan deyil, məntiqsizlikdir, mümkünsüzdür”.