“Azərbaycan döyüşdə qalib tərəfdir” – İndi şərti rəsmi Bakı diktə edir !

"Azərbaycan diktə edən tərəfdir. Moskvada Ermənistan üzərinə öhdəlik götürüb".
Bunu "Sherg.az"a açıqlamasında MCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Moskvada humanitar məqsədlər üçün atəşkəsin əldə edilməsi,  əsasən Moskva-Ankara arasında danışıqların nəticəsidir:
"Bu missiya üçün Türkiyə XİN başçısı Mövlüd Cavuşoglu Azərbaycana gəlmişdi:

"Ermənistanın güc yığıb hücuma keçməsi aksiomdur. Bu, növbəti hərbi eskalasiyaya gətirib çıxarar və artıq əvvəlki vaxt deyil ki, İrəvan manipulyasiya etsin. Əgər, bu ödəlik qəbul edilməsə, müharibə yenidən başlaya bilər. Ermənistan rəhbərliyi çalışacaq yenidən manipulyasiya etsin. Fransa vasitəçi olaraq İrəvandan əraziləri boşaltmamaq üçün dəstək verəcək. Situasiya gərgindir. Buna baxmayaraq Azərbaycan-Turkiyə tandemi masada var. Azərbaycan və Türkiyə Rusiyadan tələb edəcək ki, ərazilər boşaldılsın. Artıq Paşinyan tam Putinə tabedir. Moskva Ermənistanın əvəzindən danışır".

Siyasi şərhçi qeyd edib ki, əgər, Ermənistan "təqvim üzrə" təklifi qəbul etməyibsə, əsasən əvvəlki formatın qəbul edilməsi, bir qədər danışıqlarda vəziyyəti çətinləşdirə bilər:

"Hər halda indiki status-kvo dəyişilsə də, hələki möhkəmləndirmək üçün humanitar atəşkəsdən sonra, növbəti rayonlar azad edilməlidir. Rusiya və Türkiyə Azərbaycan arasında bu məsələ müzakirə ediləcək. Ermənistanın burada mövqeyi həlledici deyil. Azərbaycan döyüşdə qalib tərəfdir. Bunu diplomatik müstəviyə keçirə bilməyimiz üçün Türkiyə bu məsələdə həlledici olmalıdır".