Birinci mərhələ ! - “Hərbi nailiyyətlər siyasi müstəviyə daşınır”

"Oktyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə elan olunmuş iki günlük atəşkəs humanitar xarakter daşıyır".
Bunu "Sherg.az"a millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bəyan edib ki, bu atəşkəs hər iki tərəfə vəfat etmiş hərbçilərin cəsədlərini təhvil vermək imkanı yaradır:
"Bu birinci mərhələdir. Hərbi müstəvidə əldə edilmiş nailiyyətlərin diplomatiya və siyasi müstəviyə daşınmasıdır. 
Əgər Ermənistan bundan sonra yenə qoşunların çıxarılması istiqamətində addımlar atmayacaqsa, hərbi əməliyyatlar dərhal bərpa oluna bilər".