"Dünya birliyi hər zamankı kimi bu vəhşiliyə susursa, artıq hər şey məlumdur" - Politoloq

"Ermənistan ərazisində yerləşən bütün terror ocaqları dərhal məhv edilməli, terror dövləti cəzasını almalıdır"

"Dinc əhalinin bilərəkdən məqsədli şəkildə atəşə tutulması dövlət terrorudur".

Bu sözləri "Sherg.az"a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.

Siyasi şərhçi bildirib ki, bu, qəbul edilməzdir və qarşısı mütləq alınmalıdır:

"Azərbaycan qəti şəkildə bu terrora cavab verməli, atəş nöqtələri susdurulmalıdır. Müharibəni əgər erməni dövləti dinc əhalini terror etmək kimi başa düşürsə və bunu çəkinmədən həyata keçirirsə, bu, qarşılıqsız qala bilməz. Dünya birliyi hər zamankı kimi buna susursa, artıq hər şey məlumdur. Onlar erməni terrorizmini dəstəkləyirlər. Terror dövləti olan Ermənistanın qarşısını almaq bizim üçün artıq şərt olub. Heç bir beynəlxalq qanunlara əməl etməyən düşmənə lazımı cavab elə verilməlidir ki, öz havadarlarının təhrikinə belə uymaqdan çəkinsinlər".

A.Qasımov bəyan edib ki, Azərbaycan dövləti erməni dövləti kimi dinc əhali ilə deyil, terrorçularla müharibə edir:

"Terrorçunun da cəzası ancaq məhv edilməkdir.  Ermənistan ərazisində yerləşən bütün terror ocaqları dərhal məhv edilməli, terror dövləti cəzasını almalıdır. Dünyada özünə inanan, hörmət edən hər bir dövlət ona qarşı olunan hücuma səssiz qalmır, kimliyindən asılı olmayaraq öz qürurunu qorumaq üçün qarşılıq verir. Odur ki, biz haqq davamızda heç nədən çəkinmədən Azərbaycan dövlətinin qüruru, dinc əhalimizin təhlükəsizliyi, tökülən şəhid qanlarının  müqəddəsliyi naminə erməni terroruna son və qəti zərbəni vurmalıyıq".