Abbas Gəncə soyqırımından DANIŞDI: “Çox təsirli idi, bütün şəhər o ah-naləni eşitdi” 

“İşğalçıların gücü o qədər tükənib ki, silahsız, evində, sakit yatan insanların üzərinə bomba atmaqla məşğul olurlar”

“İnanıram ki, cəzalarını da çəkəcəklər. Mənfur əməllərinin bədəlini hələ çox illər, bəlkə də, əsrlərlər boyu ödəyəcəklər”

Oktyabrın 9-u Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutdu.10 saat davam edən danışıqlardan sonra hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi, həmçinin cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olundu. Lakin Ermənistan həmişəki kimi nə qayda tanıdı, nə da qanun... Qərar tətbiq edildikdən dəqiqələr sonra atəşkəsi pozmaqları az deyilmiş kimi, bir də humanitar yardım adı altında cəbhə bölgəsinə silah-sursat, hərbi avadanlıqlar gətirdilər.

Oktyabrın 10-dan 11-ə keçən gecə isə Azərbaycan dövlətinə qarşı növbəti terror aktını törətdilər. Saat 2 radələrində, döyüş bölgəsindən 100 km uzaqda olan, Azərbaycanın ikinci böyük şəhəri Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutuldu.

Qeyd edək ki, dinc əhalini hədəf alan pirat dövlətin hücumu nəticəsində 10 nəfər mülki şəxs həlak olub, 30-dan çox şəxs isə yaralanıb. Bununla yanaşı mülki obyektlərə və yaşayış binalarına ziyan dəyib. Şübhəsiz ki, Gəncə əhalisini yuxudan qəfil oyadan bu dəhşətli hücum tarix boyu şahidi olduğumuz erməni vandalizminə növbəti nümunədir. Dağıntılar altından çıxarılan məsum cocuqların fotoları isə “Xocalı” soyqırımında qətl edilən məzlumları xatırladır.

Həmin dəhşətli dəqiqələrdə Gəncədə olan tanınmış müğənni, əməkdar artist Abbas Bağırov “Sherg.az”a o anlardan danışıb. Raket zərbəsinin endirildiyi zaman səslərin bütün şəhərə yayıldığını söyləyən sənətçi, mərmi düşən əraziyə yaxın məsafədə yaşadığını da qeyd edib:

“Çox ağır və təsiredici idi. Demək olar, bütün Gəncə o səslərivə ah-naləni  eşitdi. Hətta beş-altı kilometrə qədər silkələnməsi hiss olundu. Hadisənin baş verdiyi ərazidə zərər çəkən insanlar, vəfat edənlər var. Ətrafdakı binalara ciddi ziyan dəyib. Bu təxribata əl atanlara düşmən demək olmaz. İnsanın gərək düşməni də düşmən sözünə layiq olsun. Çünki düşmən döyüş meydanında savaşar. Dinc əhaliyə atəş açmaz. Gücləri o qədər tükənib ki, silahsız, evində, sakit yatan insanların üzərinə bomba atmaqla məşğul olurlar. Həmin görüntülərə baxmaq çox çətindir. Amma inanıram ki, cəzalarını da çəkəcəklər. Mənfur əməllərinin bədəlini hələ çox illər, bəlkə də, əsrlərlər boyu ödəyəcəklər”.

Abbas bəy, həmçinin bildirib ki, hazırda Azərbaycan ərazi bütövlüyünü qorumaq uğrunda əzəli torpaqlarında savaşır. Lakin əksər ölkə Ermənistanın işğalçı və terrorist əməllərinə səssiz qalır:

“Hətta gözləri görə-görə, xəbərləri ola-ola görməzdən gəlirlər. Əlbəttə, onların ədalətsiz addımları cavabsız qalmır. İndi millətimizin bir olmağı hər birinə cavabdır. Əsgərlərimizin qəhrəmancasına qəhrəmancasına torpaqlarımızı qoruması  gücümüzə, birliyimizə bariz nümunədir. Hamımız arzu edirik ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunsun və müharibə sona çatsın. Təbii ki, qələbə bizimlədir, bizimlə olacaq. İnşallah yaxın  zamanda cənab Prezidentin elanı ilə Şuşa, Laçın, Kəlbəcərin və bütün torpaqlarımızın işğaldan azad olunduğunu eşidək”.

Son olaraq A.Bağırov hazırda gedən siyasi proseslər və ermənilərin uydurma tarixləri haqqında da danışıb:

“Siyasi arenada elə şeylər var ki, adi adam da müşahidə edərək fikir bildirə bilər. Mən də siyasətlə məşğul olmuram. Amma izləyirəm, görürəm. Məsələn ermənilər dünya ölkələrində aksiyalar təşkil edirlər.

Həmin yürüşlərdə qışqırırlar ki, Putin terroristdir. Amma Rusiya Ermənistana  kömək edir. Lakin ruslar da bilmir ki, ermənilərə nə qədər kömək etsələr də, axırda onlar bunu danacaq.

Deyəcəklər ki, siz etməmisiz bunu özümüz bacardıq. Halbuki cənab Prezident İlham Əliyev sonuncu müsahibəsində bildirdi ki, Ermənistanın 2 milyard məbləğində texnikası məhv olub. Həmin hərbi avadanlıqları almaq üçün pulu hardan alır?

Sadəcə təmannasız yardımlar edirlər. Yoxsa ermənilər acından ölən millətdir. Səngərdə əsgərləri belə qalmayıb. İnşallah  o raketlərin hamısı öz başlarına yağacaq. Çox az qalıb. Hə, bir də deyirlər ki, millətimizin 9 min il yaşı var. Amma gülməlidir ki, 17-ci əsrdə ordan burdan yaranıblar. Sübutları da yoxdur desinlər ki, 9 min il bundan əvvəl nə ediblər. Bizim kökümüz isə o qədər dərin, qədimdir ki, danışsaq  vaxt çatmaz. Xülasə inşallah hər şey yaxşı olacaq.

Dinc əhaliyə qarşı törədilən terror hər birimizə təsir edib. İki gündür özümə gələ bilmirəm. Gəncədəki uşaqların şəkilləri, üzlərindəki qanlar mənə çox təsir edib”.