Türkiyəli cocuq Azərbaycan Prezidentinə yazır: "Hər gecə sizə və əsgərlərimizə dua edirəm "

Türkiyədən Barış Qılıç adlı azyaşlı Azərbaycan prezidenti cənab İlham Əliyevə müraciət məktubu yazıb. O məktubda Azərbaycana sevgisini dilə gətirərək haqq savaşımıza dəstəyini ifadə edib. 

“Sherg.az” həmin müraciət məktubunu təqdim edir:

“Cənab Ali Baş komandan İlham Əliyev, mənim ikinci vətənim Azərbaycanın gözəl torpaqlarından düşməni qovduğunuz üçün sizə təşəkkür edirəm. Kaş yaşım daha çox olaydı və savaşa qatılıb Şuşaya bayrağımızı öz əllərimlə sancaydım.



Özüm gəlməsəm də, hər gecə sizə və əsgərlərimizə dua edirəm. Yolunuz açıq olsun.”

Sonda Barış kövrək notlar da əlavə edib:

“Amma sən gəl desən gələrəm”.