“Prezident Ermənistanın münbit informasiya xülyasını iflasa uğradır”

“Prezidentimiz Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri dünya ictimaiyyətinin diqqətinə çatdırır”

Prezident İlham Əliyev Ermənistanı informasiya cəbhəsində də məğlub edir. Ermənistanın əvvəlki dövrdə olduğu kimi, yalan, riyakar və ikiüzlü siyasətini beynəlxalq ictimaiyyətə sırımağa uğursuz cəhdlər göstərdi. 2020-ci ilin iyul təxribatından əvvəl və sonra ölkə başçısı bütün beynəlxalq platformalarda Ermənistanın işğalçı siyasətinin ifşa etdi.

Cənab Prezident düşmən ölkənin Azərbaycana qarşı yeni işğal planları qurduğunu faktlarla sübuta yetirdi. Prezident İlham Əliyev məsələlərə operativ müdaxiləsi və reaksiyası taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməsi ilə bağlı şəxsi nümunə ortaya qoydu.

Prezidentin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr onun isbatıdır ki, dövlət başçısı bütün addımlarında Azərbaycan xalqının ona olan dərin inamına əsaslanaraq hərəkət edir və bu etimadı layiqincə doğruldur.

“525-ci” qəzetin baş redaktoru Rəşad Məcid “Sherg.az”a bildirib ki, hərbi əməliyyatlar dövründə cənab Prezident dünyanın nüfuzlu televiziya kanallarına müsahibələr verib. Onun sözlərinə görə, ölkə başçısı bu müsahibələrində Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, səbəbləri və hazırkı vəziyyəti barədə danışıb:

“Prezidentimiz Azərbaycanın mövqeyini əsaslandıran hüquqi, siyasi, mənəvi və digər amilləri dünya ictimaiyyətinin diqqətinə çatdırır. Beləliklə, ölkə başçısı Azərbaycanın haqlı mövqeyini əsaslandıraraq, Ermənistan və xaricdəki havadarlarının münbit informasiya mühitini yarada biləcəyi xülyasını iflasa uğradır”.