Azad oldu torpağımız ! – Ellərdən azan səsi bir gün əskik olmasın !  

“Şuşadakı qazi- Qarabağ azanını Hadrutda və digər azad olunmuş torpaqlarımızda, heç olmasa, video və ya audio formatda səsləndirmək məqsədəuyğundur”

“Bu, müəsəlman dünyasına, həmçinin bizim haqlı davamıza etinasız yanaşanlara mesaj olar”

“Eyni zamanda azan səsinin daimi eşidilməsi ilahinin nəzərinin də həmin bölgəyə artırılmasına səbəb ola bilər”


Məlum olduğu kimi, torpaqlarımızın xeyli hissəsi artıq düşmən tapdağından azad olunub. Həmin ərazilərdə azan səsi eşidilərkən qəlblərə qəribə bir rahatlıq çökdü.

Hətta, bəlkə, mənəviyyatları müsəlmanlara nifrətlə qidalanan düşmənlər də azad səsini eşitdilər. Başa düşdülər ki, bu müqəddəs sözlər Şuşada, Xankəndində də eşidiləcək. Elə isə niyə azanın davamı gəlmədi? Olmazmı ki, azad olunmuş torpaqlarımızda hər gün azad səsi eşidilsin?



“Sherg.az”ın bu sualına cavab verən şərqşünas Seyid Camal məsələyə aydınlıq gətirib:

“İndi həmin ərazilərdə toparlanma işləri gedir. Yəqin, vəziyyət tam nəzarətə götürüldükdən sonra azan səsi müntəzəm eşidiləcək. Nəzərə almaq lazımdır ki, kəndlərimiz atəş altındadır.

Ona görə də ora mülki şəxsi çıxarmaq düzgün olmaz. Amma Şuşadakı qazi- Qarabağ azanını Hadrutda və digər azad olunmuş torpaqlarımızda, heç olmasa, video və ya audio formatda səsləndirmək məqsədəuyğundur.

Bu, müəsəlman dünyasına, həmçinin bizim haqlı davamıza etinasız yanaşanlara mesaj olar. Eyni zamanda azan səsinin daimi eşidilməsi ilahinin nəzərinin də həmin bölgəyə artırılmasına səbəb ola bilər”.

S.Camal hərbçilərimizin vətənpərvərlik ruhundan da danışıb:

“Mən dörd gündür cəbhə bölgəsindəyəm. Ordumuz cəbhədə sözün əsl mənasında tarix yazır. Allahın köməkliyi, Ali baş komandanın rəhbərliyi ilə silahlı qüvvələrimiz uğurlu hərbi əməliyyatlarını davam elətdirir. İndi şəhadət çağıdır. Əsgər və zabitlərimiz şəhadətə salam verərək vətən torpağına, zəfərə yaxınlaşırlar. Belə orduya can qurban!”.