Rusiya hərbi hava qüvvələrini Ermənistana göndərir - FOTO

"Rusiya hərbi hava qüvvələrini Ermənistana göndərir".

"Sherg.az" xəbər verir ki, bu barədə rəhbəri erməni olan fransızdilli sayt "armenews.com" saytı yazıb. Yazıda qeyd olunur ki, sözügedən məlumatı "AVIA PRO" saytı yayıb. Məlumatda qeyd olunur ki, Moskva aktiv şəkildə hərbi təyyarələrini işğalçı Ermənistana daşıyıb: "Məqsəd təcavüzkar ölkənin hava məkanındakı hərəkətlənməni izləməkdir. Məhz ona görə də son 24 saat ərzində Rusiyadan işğalçı Ermənistana böyük sayda hərbi təyyarə daşınıb".

Qeyd edək ki, bu təyyarələrin daşınmasında niyyətin  "Ermənistanın hava məkanındakı hərəkətlənməni izləmək" olduğu iddia edilsə də, bəzi ekspertlər bunu imperialist Rusiyanın Ermənistanın hava məkanını qoruması kimi şərh edir.