Tarixi Gelibolu yarımadası Azərbaycan və Türkiyə bayraqlarına bürünüb 

20 günə yaxındır davam edən haqq savaşımızda qardaş ölkə Türkiyənin mənəvi dəstəyi danılmazıdr. Bu günlərdə ümummilli lider Heydər Əliyevin məşhur “Bir millət, iki dövlət” kəlamı öz təsdiqini tapır. Hər iki ölkə Türkiyə və Azərbaycan bayraqlarına bürünüb. Şanlı türk bayraqları həm Azərbaycanda həm də Türkiyədə yanbayan dalğalanır.  



Türkiyənin Çanaqqala savaşlarının getdiyi tarixi Gelibolu yarımadası da aylı ulduzlu bayraqlarla bəzənib.

“Sherg.az” xəbr verir ki, yarımadada yerləşən “Kilitbahir” qalasından Azərbaycan bayrağı asılıb.