Fransada koronaya yoluxma sayında rekord hədd: 24 saata 30 min 621 nəfər

Fransada COVİD-19-un ikinci dalğası davam edir. «Sherg.az» «Lefigaro.fr»ə istinadən xəbər verir ki, bu barədə Fransa Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, son 24 saat ərzində Fransada 30 min 621 yoluxma halı qeydə alınıb. Bu isə Fransada rekord hədd sayılır. Eyni zamanda 88 nəfər xəstəxanda dünyasını dəyişib. 

Nazirliyin məlumatında o da qeyd olunur ki, dünəndən bəri 1207 nəfər xətəxanaya yerləşdirilib. Bununla da xəstəxanaya yerləşdirilənlərin sayı 9605 nəfərə çatıb. Onlardan 77 nəfəri dünən əlavə olunmaqla 1750 nəfər reanimasiyadadır.

Qeyd edək ki, ümumilikdə COVİD-19 yayılan gündən etibarən Fransada 33 min 125 nəfər dünyasını dəyişib.