«Le Monde» qəzeti Gəncə qətliamından yazdı :«Körpələr də həlak olub» 

Fransanın « Le monde» qəzeti işğalçı Ermənistanın Gəncədə törətdiyi növbəti vandalizmdən yazdı. 
«Sherg.az» «Lemonde.fr» ə istinadən xəbər verir ki,  bu barədə Fransanın L’Agence France-France” afentliyinin hadisə yerində olan xüsusi müxbiri məlumat verib.

  Yazıda bu gün gecə -  saat 1-ə qalmış, işğalçı Ermənistanın Gəncədə yaşayış evlərini hədəfə alması və ora dağıdıcı raketlərdən atəş açması  diqqətə çatdırılıb. Yazıda qeyd olunur ki, bu atəş nəticəsində çoxlu sayda mənzil dağılıb və xeyli sakin dağıntılar altında qalıb. Hazırda xilasedicilər dağıntı altında qalanların çıxarılmasını həyata keçirirlər. 

Məlumatda o da qeyd olunur ki, Azərbycanın baş prokuroru Kamran Əliyev qeyd edib ki,  Ermənistanın Gəncəyə atdığı raket nəticəsində  12 sivil həlak olub, 40 artıq insan isə yaralıdır:

“Ölən və yaralananlar arasında azyaşlılar və körpə uşaqlar da var. Dağılan evlərın yaxınlığındakı mənzillərə də ziyan dəyib. Əlbəttə, bu qətliamı və vandalizmi törədən Ermənistan mütləq bunun cavabını verəcək”