Ebru Gündeşdən Gəncə vəhşətinə MÜNASİBƏT ! - "Bu xain hücumu şiddətlə qınayıram"

Dünən gecə saatlarında pirat dövlət olan Ermənistan terror aktlarına sadiq qalaraq Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutub. Düşmən təxribatı nəticəsində Gəncə şəhərində yaşayış binalarına ciddi ziyan dəyib. 48 nəfər mülki şəxs yaralanıb, 13 nəfər sivil vətəndaş həlak olub.
Türkiyənin tanınmış sənətçisi Ebru Gündeş də Gəncədə baş verənlərə münasibət bildirib.
"Sherg.az" xəbər verir ki, o bu barədə rəsmi Feysbuk səhifəsində yazıb:
"Canımız Azərbaycana, məsumlar hədəf alınaraq törədilən xain hücumu şiddətlə qınayıram. Həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralananlara şəfa diləyirəm. Hər zaman, hər şəraitdə yanınızdayız. Dualarımız sizinlədir."