ABŞ-da atışma olub, 7 nəfər yaralanıb

ABŞ-ın Mesa şəhərində (Arizona ştatı) avtodayanacaq yaxınlığında atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, naməlum şəxslər avtomobildən ərzaq köşklərinin qarşısında toplaşmış şəxslərə atəş açıblar.

Məlumata əsasən, hadisə nəticəsində 7 nəfər yaralanıb. Onlardan 3-ü böyüklər, 4-ü həddi-büluğa çatmayanlar, uşaqlardır. Yaralananlardan birinin (1 yaşlı uşağın) vəziyyəti ağırdır, o xəstəxanaya yerləşdirilib.