Hikmət Hacıyev: "Ermənistan döyüş təyyarələrindən Azərbaycan silahlı qüvvələrinin mövqelərini bombalamaq üçün istifadə etdi"

"Ermənistan humanitar atəşkəsi açıq şəkildə pozaraq döyüş təyyarələrindən Azərbaycan silahlı qüvvələrinin mövqelərini bombalamaq üçün istifadə etdi".

APA-nın xəbərinıə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitterdə bildirib.

H. Hacıyev daha sonra sual edib: "Ermənistan tərəfinə necə etibar edə bilərik?".