Hakerlər koronavirus peyvəndini istehsal edən şirkətlərin fayllarını ələ keçirməyə çalışır

Bu ilin aprel ayından bəri naməlum haker qrupları koronavirusdan qoruyan peyvəndlərin hazırlanması üçün fəaliyyət göstərən Yaponiya şirkətlərinə çoxsaylı kiberhücumlar həyata keçiriblər.
“Kyodo” xəbər agentliyi bu barədə ABŞ-ın kibertəhlükəsizlik şirkəti “CrowdStrike”in mütəxəssislərinə istinadən məlumat yayıb.
Mütəxəssislər qeyd edir ki, hakerlər elektron poçtlara viruslar göndərərək, COVID-19 vaksinlərinin hazırlamasının gedişi haqqında informasiyanı özündə saxlayan fayllara giriş əldə etməyə çalışıblar.