Yaponiyalı alimlərin tədqiqatı: COVİD -19 dəridə 9 saat yaşayır – Yüksək risk 

Koronavirin insanın dərisində 9 saat yaşayır. 
«Sherg.az» «Le Figaro.fr ə istinadən xəbər verir ki, bu barədə yaponiyalı tədqiqatçıların « Clinical Infectious Diseases » qəzetində dərc olunan araşdırmasında qeyd olunur.

Bildirilir ki, qrip virusu isə dəridə 1, 8 saat qalır ki, bu da Covid-19-la müqayisədə 5 dəfə az müddətdir.Alimlər çıxış yolu kimi,  əllərin tez-tez yuyulmalı olduğunun zəruriliyini diqqətə çatdırıblar.

Onlar vurğulayıblar ki, « SRAS-CoV-2 » kimi  Covid-19-un da dəridə 9 saat qalması yoluxma riskini artırır, çünki belə olan halda  insandan insana keçmə riski daha yüksək olur.