Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda diri çәkidә әt istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% artaraq 387,1 min ton, süd istehsalı 1,8% artaraq 1 602,1 min ton, yumurta istehsalı 5,9% artaraq 1 467,9 mln. әdәd, yun istehsalı isə 0,4% artaraq 15,9 min ton olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Qeyd olunub ki, 2020-ci il oktyabrın 1-i vәziyyәtinә ölkә üzrә 2 665,0 min baş iribuynuzlu mal-qara (o cümlәdәn 1 286,7 min baş inәk vә camış), 8 308,6 min baş qoyun vә keçi, 5 939 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,3%-ni inәk vә camışlar tәşkil edib.

Cari ilin yanvar-sentyabr aylarında quşçuluq müәssisәlәrindә diri çәkidә 51,8 min ton (keçәn il 50,2 min ton) quş әti vә 601,7 mln. әdәd (keçәn il 553 mln. әdәd) yumurta istehsal olunub. Ümumilikdә, bu müәssisәlәr üzrә cәmi quşların sayı 11 687,1 min baş (keçәn il 13 480,8 min baş) olmuş, hәr yumurtlayan toyuqdan orta hesabla 151 әdәd (keçәn il 148 әdәd) yumurta alınıb.