Ceyhun Bayramov pakistanlı həmkarı ilə Qarabağı müzakirə etdi 

Pakistan Xarici İşlər (XİN) naziri Şah Mahmud Qureyşi ilə Azərbaycan XİN başçısı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Bu barədə pakistanlı nazir “Twitter” hesabında yazıb:
“İkitərəfli münasibətlər, Azərbaycanla Ermənistan arasındakı gərginlik daxil olmaqla, qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik”.