Düşmən atəşi nəticəsində 61 mülki şəxs həlak olub, 291-i yaralanıb - STATİSTİKA

Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində dəyən ziyan açıqlanıb.
Baş Prokurorluqdan "Sherg.az"a daxil olan məlumata əsasən, dinc əhalinin hədəfə alınması nəticəsində bu günədək 61 mülki şəxs həlak olub, 291 nəfər isə yaralanıb. O cümlədən, 1941 fərdi yaşayış evi, 382 mülki obyekt və 90 çoxmənzilli yaşayış binasına ciddi ziyan dəyib.