Ermənistanda son sutkada 1 234 yoluxma, 10 ölüm qeydə alındı

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 234 yoluxma halı qeydə alınıb, 10 nəfər ölüb.
APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanda koronavirusa yoluxanların sayı 66 694 nəfərə çatıb.
Xəstəlikdən ölənlərin ümumi sayı 1 101 nəfərdir.