Prezident: “Zəngilan şəhəri və daha bir neçə kənd işğaldan azad olunub”

Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində bəzi ərazilər işğaldan azad edilib.

"Sherg.az"ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində Zəngilan şəhərinin və daha bir neçə kəndin erməni işğalından azad olunduğunu bəyan edib.