"Ermənistanın Xudafərin istiqamətində döyüşlərin getməsi barədəki məlumatı cəfəngiyyatdır" - MN

"Ermənistan müdafiə nazirliyinin guya döyüşlərin Xudafərin istiqamətində getməsi barədə yaydığı məlumat cəfəngiyyatdan başqa bir şey deyil və bu məlumatın şərh olunmasına heç ehtiyac da yoxdur".
Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu məlumat Ermənistan ictimaiyyətində hökm sürən qorxunun qismən azaldılmasına hesablanmış dezinformasiyadır.