Əfqanıstanda Pakistan konsulluğu qarşısında basabasda 12 nəfər öldü 

Əfqanıstanın şərqində Nanqarhar əyalətinin inzibati mərkəzi Cəlalabadda Pakistan konsulluğunun qarşısındakı viza üçün yaranan basabas nəticəsində ən az 12 nəfər ölüb, bir o qədər də insan yaralanıb.
1TV bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən xəbər verib.
Məlumata görə, ölənlərin və yaralananların əksəriyyəti qadınlardır.
Basabasın səbəbləri dəqiqləşdirilməyib.