Azərbaycanda ov müvəqqəti dayandırıldı - SƏBƏB

Ölkədə hərbi vəziyyətin elan edilməsi, koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin sərtləşdirilməsi nəzərə alınaraq vəhşi heyvan və quş növlərinin ovunun müvəqqəti dayandırılması məqsədilə Ov Məsələləri üzrə Elmi Koordinasiya Şurasının iclası keçirilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda şura üzvlərinin yekdil fikri ilə oktyabrın 20-dən vəhşi heyvan və quş növlərinin ovunun müvəqqəti dayandırılması qərara alınıb.