“No war” kampaniyasına sərt reaksiya ! - “Müəyyən mərkəzlərdən idarə olunurlar!” - Vətənə xəyanət !

 “Arzuları əhali arasında ruh düşkünlüyü, təslimçilik ruhu yaratmaq, insanları real vəziyyətlə barışdırmaqdır”

“Amma məqsədlərinə çata, cəmiyyətimizin ruhunu öldürə bilmirlər. Bütün cəhdləri uğursuz qalır”

“Əminəm ki, belə təbliğatlar torpaqlarımız azad olundan sonra da davam edəcək”


Artıq hər kəsə məlumdur ki, sentyabr ayının 27-dən etibarən otuz illik həsrətə son qoymaqdayıq. Addım-addım, qarış-qarış Dağlıq Qarabağa gedirik. Otuz il ərzində xoş niyyətimizi göstərdik, sülh tərəfdarı olduğumuzu bildirdik. Amma biz çox desək də, düşmən az eşitdi. Nə edək? Onların əvəzinə sənədlərə qol çəkəsi deyildik ki.

Əvvəl-axır torpaqlarımızı qaytarıb, tarixi ədaləti bərpa etməli idik də. Qəribəsi bilirsiz nədir? Bəzi “vətəndaşlar” “no war” kampaniyasına başlayıb, müharibə istəmədiklərini deyirlər. 

Guya qan tökülməsini arzulamırlar. Vallah, bəlkə də, Azərbaycantək humanist dövlət, xalq yoxdur. Otuz il dözmək, səbr etmək, dil tökmək bilirsiz nə deməkdir? Lakin məlum oldu ki, ermənilər bu dili başa düşmürlər. Elə baş nazir Nikol Paşinyanın da timsalında görürük bunu: bildikləri cəmi bir dil var- “hay”larla, “ara”larla dolu ermənicə.

İndiki məqamda, hər gün daha böyük qələbəyə sevindiyimiz bir vaxtda müharibənin “yox” demək nə qədər doğrudur? Qarabağ Azadlıq Təşkilatının sədri Akif  Nağı “Sherg.az”a açıqlamasında belə bəyanatların vətənə xəyanat olduğunu söyləyib: 

“Biz illər boyu belələri ilə mübarizə aparmışıq. Onların müəyyən mərkəzlərdən idarə olunurlar. Hər birini tanıyırıq. Səsləndirdikləri fikirlər şəxsi düşüncələri deyil: ideologiyalarına xidmət edən və maliyyələşən mərkəzlərin dedikləridir. Bu cür insanlar düşmən maraqlarına xidmət edirlər”.

A.Nağı, həmçinin “sülh carçıları”nın məqsədlərini də açıqlayıb:

“Arzuları əhali arasında ruh düşkünlüyü, təslimçilik ruhu yaratmaq, insanları real vəziyyətlə barışdırmaqdır. Amma məqsədlərinə çata, cəmiyyətimizin ruhunu öldürə bilmirlər. Bütün cəhdləri uğursuz qalır. Əminəm ki, belə təbliğatlar torpaqlarımız azad olundan sonra da davam edəcək. Amma inanın, nəticəsi yoxdur.

Vaxt-zaman hər şeyi qaydasına salacaq”.