Azərbaycanda indiyədək 1250736 koronavirus testi aparılıb

Azərbaycanda COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Sherg.az"a verilən məlumata görə, ölkədə son sutka ərzində 9072, hazırkı dövrədək isə 1250736 test aparılıb.