Tramp siyasi rəqiblərinin ən xoşuna gələn cəhətini açıqladı

ABŞ Prezidenti Donald Tramp siyasi rəqibləri olan demokratların birliyinin onun xoşuna gələn keyfiyyət olduğunu etiraf edib.
Bu barədə TASS xəbər yayıb.
Məlumata görə, Ağ Ev rəhbəri bu açıqlamanı seçicilərdən birinin demokratların “bir müsbət keyfiyyəti” barədə danışmasını istəyərkən verib.
O, əvvəlcə düşünmək üçün vaxt istəyib, sonra isə deyib:
“Sizə bir şey söyləyim: onlar bir-birlərindən yapışırlar”.
Bununla belə o, demokratların siyasəti ilə razılaşmadığını və onların gördüyü bəzi şeylərin dəhşətli olduğunu vurğulayıb.