Mütəxəssis köhnə smartfondan necə istifadə oluna biləcəyini izah etdi

Köhnə telefonları atmaq ətraf mühitə zərər verməkdir.

“Praym”ın məlumatına görə, bu barədə Rusiyanın “İntellektual Ehtiyat” şirkətinin direktoru Pavel Myasoyedov köhnə smartfonların istifadə qaydası barədə danışarkən bildirib.

Onun sözlərinə görə, bunun əvəzinə cihazı satmaq, ehtiyat olaraq istifadə etmək və ya yaradıcılıq üçün uyğunlaşdırmaq olar.

“Köhnə smartfonun istifadəsi üçün ən uyğun variant satmaq və ya bu cür avadanlıq satan bir mağazaya təhvil verməkdir. Müştərilər mütəmadi olaraq istifadə edilmiş cihazlara ehtiyac duyurlar”, - deyə ekspert vurğulayıb.

Ekspert cihazı bahalı smartfonlarla işləməyi hələ bacarmayan və onu sındıra biləcək uşağa da verməyin mümkünlüyündən danışıb.

O, həmçinin cihazı ehtiyat telefon kimi evdə saxlamağı da alternativ seçim kimi göstərib.