ABŞ koronavirusun müalicəsində ilk dərmanı təsdiqlədi

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) ilk dəfə koronavirusun müalicəsində istifadə edilən dərmanı təsdiqləyib.
“CBS News” xəbər verir ki, artıq “Remdesivir” bu məqsədlə qeydiyyata alınıb.

Qeyd olunur ki, “Remdesivir” bu ilin yazından bəri ABŞ-da fövqəladə hallarda istifadə üçün təsdiq edilib və COVID-19-un müalicəsi üçün tam FDA təsdiqini alan ilk dərmandır.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreisus “Remdesivir”in koronavirusdan ölümün azaldılmasına və ya COVID-19-a yoluxanların xəstəxanada qalma müddətinin qısaldılmasına təsir etmədiyini deyib.