Koronavirus İranda 355 nəfəri də öldürdü

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 335 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 31 985 nəfərə yüksəlib.
Ölkədə son 24 saat ərzində 6 134 nəfər koronavirusa yoluxub. İranda indiyədək COVID-19-a yoluxanların sayı 556 891 nəfərə çatıb.
İndiyədək 446 685 nəfər koronavirusdan sağalıb. Hazırda virus daşıyıcısı olan 4 933 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.