Ərdoğan: “Türkiyənin sülh danışıqlarında iştirak etmək hüququ var” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən Qarabağ münaqişəsi ətrafından cərəyan edən son hadisələrə toxunub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

“Azərbaycan haqlı tələbini ortaya qoyur. Deyir ki, əgər Ermənistan Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik.

Türkiyənin də ən azı Rusiya qədər sülh prosesində iştirak etmək hüququna sahib olduğuna inanıram. ATƏT-in Minsk qrupunun üzvü kimi buna haqqımız çatır”, - deyə R.T.Ərdoğan bildirib.