İranda zavod partladı

İranın Xuzistan vilayətində İmam Xomeyni limanında yerləşən neft kimya zavodunda partlayış və yanğın baş verib.
APA-nın Tehran bürosunun məlumatına görə, partlayış və yanğın günün ikinci yarısında zavodun Aromatik bölməsində baş verib.
Yanğını söndürmək üçün çox sayda yanğınsöndürən hadisə yerinə cəlb olunub.
Yanğında zərərçəkən olmayıb.