Düşmənin zərbə PUA-sı zərərsizləşdirilib - RƏSMİ

Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus "BZEZ" zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Bu barədə "Sherg.az"a Müdafiə Nazirliyindən bildirilib.